29 Dekabr 2019
16:11
799

Miqrasiya Xidmətinin rəisindən qərar – Şöbə ləğv edildi

"Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsi haqqında Əsasnamə”də dəyişiklik edilib.

İslahat.az-ın məlumatına görə, bununla bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qərar imzalayıb.

Qərarla 3.1.1-ci yarımbənddə "vermək” sözündən sonra "və vəsatətinə baxılması haqqında qərar qəbul edildikdə həmin şəxsləri müvafiq sənədlə təmin etmək” sözləri əlavə edilib.

Qeyd edək ki, sənədin 3-cü maddəsi İdarənin vəzifələrini müəyyənləşdirir.

3.1.1-ci bəndə görə İdarə qaçqın statusu almaq niyyətində olan şəxslərin vəsatətlərini qəbul etmək, qeydiyyata almaq, qanunvericiliklə müəyyən olunmuş qaydada daxil olmuş vəsatətləri araşdırmaq və cavablandırılması üçün Xidmət rəhbərliyinə təkliflər verməlidir.

Yeni qərara görə isə İdarə həmçinin vəsatətinə baxılması haqqında qərar qəbul edildikdə həmin şəxsləri müvafiq sənədlə təmin etməlidir.

İslahat.az