22 Noyabr 2018
17:00
1851

Millimizin üzvü Azərbaycan xalqından üzr istədi

Azəraycan millisinin üzvü Ruslan Qurbanov Millətlər Liqasında Kosovo komandasına məğlubiyyətlə (0:4) bağlı fikirlərini bölüşüb.

İslahat.az bununla bağlı "Azerisport” portalına istinadən xəbər verir. 

"Bu nəticədən sonra deməyə söz tapmıram. Kosovolular bizdən güclü idi və bunu etiraf etməliyik. Biz rəqibdən qorxmurduq, lakin Kosovonun yaxşı futbolçuları var və onların əksəriyyəti güclü çempionatlarda oynayır. Onlar da nəticə verdilər. Hətta erkən buraxılan qoldan sonra mən düşündüm ki, hər şey düzələcək və biz cavab qolunu vuracağıq, ancaq bu olmadı. Azərbaycan xalqı və azarkeşlərindən üzr istəyirəm”, - R.Qurbanov bildirib.
 
 
İslahat.az