23 Sentyabr 2020
10:09
1565

Millimizin futbolçusunun klubunda koronavirus aşkarlandı

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın "Albasete” klubunda koronavirusa yoluxma qeydə alınıb. 

İslahat.az xəbər verir ki, əsas komandanın məşqçilər heyəti, futbolçular və işçilər koronavirus testindən keçib, onlardan birinin nəticəsi müsbət olub.  

"Albasete” infeksiyaya yoluxan şəxsini adını açıqlamayıb, onun hazırda evində karantində olduğunu və özünü yaxşı hiss etdiyini bildirib. 

Klub testin nəticələrini La Liqa rəhbərliyinə və səhiyyə orqanlarına göndərib. 

Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı Lüksemburq və Kiprlə matçlarında iştirak etməyib. 28 yaşlı yarımmüdafiəçi İspaniyadakı vəziyyətin koronavirus səbəbindən gərgin olduğunu və qayıdarkən iki test prosedurundan keçməsini əsas gətirərək toplanışa qatılmayıb. 
 
İslahat.az