13 Fevral 2019
14:46
749

Millimizin futbolçusu İngiltərədə yenə qol vurdu

İngiltərədə yarıpeşəkar klublar arasında təşkil olunan "FA Trophy” kubokunda üçüncü mərhələnin cavab oyunları keçirilib.

İslahat.az xəbər verir ki, Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının hücumçusu Sərhat Daşdəmirin formasını geyindiyi "Fayld” klubu cavab oyununda öz meydanında "Ramsbotom Yunayted”lə üz-üzə gəlib. 

Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 4:1. "Fayld” bu nəticə ilə növbəti mərhələyə yüksəlib.

Sərhat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Sərhat 45-ci dəqiqədə məhsuldar ötürməyə, 50-ci dəqiqədə isə komandasının üçüncü qoluna imza atıb.

Qeyd edək ki, fevralın 5-də bu komandalar arasında keçirilmiş ilk oyun 5:5 hesablı heç-heçə ilə bitmişdi. Həmin matçda Sərhat Taşdəmir iki qol vurmuşdu.
 
İslahat.az