18 Mart 2019
11:51
755

Millimiz Xorvatiya ilə oyun öncəsi ilk itkisini verdi

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqrebdə Xorvatiya, dörd gün sonra isə Bakıda Litva yığması ilə yoldaşlıq oyununda qarşılaşacaq Azərbaycan millisi zədə ilə üzləşib.

İslahat.azxəbər verir ki, qeyd olunmuş görüşlər üçün açıqlanmış heyətdə dəyişiklik baş verib.

"Sumqayıt” klubunun üzvü Aleksey İsayev zədələndiyi üçün millinin heyətindən çıxarılıb. 23 yaşlı Rusiya doğumlu yarımmüdafiəçinin yerinə yeni oyunçu götürülməyib.

"Zenit”in sabiq futbolçusuna millidə debüt etmək şansı qismət olmayıb.

Bununla da millimizin heyətindəki futbolçuların sayı 22-yə düşüb.

İslahat.az