29 Noyabr 2018
16:30
2499

Millimiz FİFA reytinqində mövqeyini qorudu

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

İslahat.az AFFA-ya istinadən xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1206 xalla 107-ci pillədə qərarlaşıb.

FIFA-nın reytinq siyahısında ilk üçlük də dəyişməyib. Belə ki, Belçika 1727 xalla birinci, Fransa 1726 xalla ikinci, Braziliya isə 1676 xalla üçüncü yerdədir.