25 Oktyabr 2018
12:00
532

Millimiz FIFA reytinqində irəlilədi

FIFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb.

İslahat.az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə bir pillə irəliləyib.

UEFA Millətlər Liqası çərçivəsində Bakıda Malta ilə bərabərliyə qalan (1:1), səfərdə isə Farer adalarına qalib gələn (3:0) yığmamız hazırda 1207 xalla 107-ci sırada qərarlaşıb.

Reytinqə 1723 xalla Belçika başçılıq edir. Son dünya çempionu Fransa 1732 xalla ikinci, Braziliya isə 1669 xalla üçüncüdür.
 
 
İslahat.az