29 Noyabr 2019
13:09
864

Milli Məclis gələn ilin büdcəsini qəbul etdi

Milli Məclisin növbəti plenar iclasında "2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

İslahat.az xəbər verir ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 milyon 894,7 milyon manat məbləğində proqnozlaşdırılır.

Müzakirələrdən sonra "2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi III oxunuşda qəbul olunub.

İclasda həmçinin "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, "İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında” "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Əmək pensiyaları haqqında” qanunda, "Məşğulluq haqqında” qanunda, "Sosial müavinətlər haqqında” qanunlara dəyişiklik layihələri III oxunuşda qəbul edilib.

Qeyd edək ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ehtiyac meyarı isə 160 manat məbləğində müəyyən edilib.

İslahat.az