14 Yanvar 2021
12:44
15650

Millət vəkili Qənirə Paşayeva qazilərlə görüş keçirib - FOTOLAR

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin Tovuz rayonundan olan bir qrup qazisi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

İslahat.az xəbər verir ki, Elçin Süleymanov, Emin Aslanov, Nəsib Rüstəmov, Rövşən Qəşəmov, Abbas Həsənov, Famil Hüseynov, Adil Şirinov, Rabil Əliyev, Hüseyn Həsənov, Ümid Ələsgərovu düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edən Komitə sədri deyib:

"Əziz qazilər,
Sizin və cəbhə yoldaşlarınızın fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.
Sizin şəhid silahdaşlarınızın qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb.
Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edir, yeni təqvim ilində yeni uğurlar diləyirəm”!

Q.Paşayeva qazilərə Mədəniyyət Komitəsi adından Təbrik Məktubu təqdim edib.

Qazilər Komitə sədri ilə öz cəbhə xatirələrini bölüşüb və səmimi görüş üçün təşəkkür edib.
 
İslahat.az