30 Avqust 2022
13:33
20597

Millət vəkili “Gold Faces of Azerbaijan Awards” mükafatlandırma mərasimində təltif edilib

Millət vəkili Jalə Əhmədova "Gold Faces of Azerbaijan Awards” mükafatlandırma mərasimində təltif olunub.

İslahat.az Moderator.az-a istinadən  xəbər verir ki, bu barədə millət vəkili özünün sosial şəbəkədəki hesabında məlumat verib. Məlumatda deyilir:

""Avand Production”ın təşkilatçılığı, Türkiyənin "Des Yapım & Organizasyon” şirkətinin və Ayaz Məmmədovun imzası ilə Bakıda, Hilton oteldə baş tutan "Gold Faces of Azerbaijan Awards” mükafatlandırma mərasimində müxtəlif nominasiyalar üzrə mədəniyyət, incəsənət, tibb, elm, media sahəsində tanınmış şəxslər, ictimai xadimlər, iş adamları və s. digər peşə sahibləri təltif edildi.

Öz sahəsində uğur qazanan ən yaxşı isimlərin mükafatlandırıldığı möhtəşəm gecədə "Gold Faces of Turkey” 2022 mükafatı ilə təltif edilməyimlə şərəf duydum.

Məni bu yüksək mükafata layiq görən hər kəsə dərin təşəkkürlərimi bildirirəm”.

Seymur ƏLİYEV

İslahat.az