25 Yanvar 2022
11:23
21528

Mikayıl Cabbarov: "Vergi yoxlamalarının sayı azalsa da, vergi məbləği 4 dəfə artıb"

2021-ci ildə səyyar vergi yoxlamalarının sayı 2018-ci illə müqayisədə 4,5 dəfə azalsa da, 1 səyyar vergi yoxlamasına düşən hesablanmış vergi məbləği 4 dəfə artıb.

İslahat.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də yazıb.

"Vergi inzibatçılığının təkmilləşdirilməsi və bununla bağlı keyfiyyət göstəricilərində müsbət tendensiya davam edir. Qeyri-neft sektoru üzrə vergi daxilolmalarında könüllü vergi ödənişlərinin xüsusi çəkisi 90 %-ə yaxınlaşıb", - o qeyd edib.

İslahat.az