09 May 2019
12:31
881

“Məxfi əsirlər“ sənədli filminin təqdimatı keçirilib - VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasına Azərbaycan xalqının verdiyi müstəsna töhfələr, eləcə də Avropa Müqavimət Hərəkatında göstərdikləri xüsusi şücaətə görə vaxtilə Fransa və İtaliya hökumətləri və hərbi komandanlıqları tərəfindən " Vətənpərpərvərlik sertifikatı" ilə təltif edilmiş Azərbaycanlı partizanlar barədə mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən hazırlanmış "Məxfi əsirlər" sənədli filminin təqdimatı keçirilib.

İslahat.az xəbər verir ki, tədbirdə DTX-nın rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, xarici ölkələrin səfirləri, diplomatik korpusun nümayəndələri, ASAN könülllüləri, Gənclər və Qeyri hökumət təşkilatlarının təsisçiləri, ali təhsil müəssisəslərinin tələbələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları faşizmə qarşı mübarizədə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, qəhrəman vətən övladlarının unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycan Respublikasının xalq artisti tanınmış kino ssenarist Ramiz Fətəliyev çıxış edib.

Sonra filmin quruluşcu rejissoru ssenari müəllifi Zəhra Quliyeva çıxış edib.
 
İslahat.az