15 Mart 2019
13:40
892

Məşhurlar sosial şəbəkələrdən nə qədər pul qazanır? - VİDEO

Azərbaycan şou-biznesinin tanınmış simalarının sosial şəbəkə hesablarında yerləşdirdikləri reklamlardan pul qazanmaları heç kəsə sirr deyil.

Onlar daha çox "Youtube”dan və "Instagram”dan gəlir əldə edirlər. Paylaşdıqları məhsuldan asılı olaraq, aldıqları qonorar da dəyişir. 

İslahat.az xəbər verir ki, Oxu.Az adı tez-tez "sosial şəbəkədən pul qazanan məşhurlar” sırasında çəkilən yerli ulduzlar arasında sorğu keçirib.

Sorğuda müğənnilər Günay İbrahimli, Murad Arif, Aysun İsmayılova, videobloqerlər Sabir Samiroğlu, Nicat Mütəllimov iştirak edib.

Onlar sosial şəbəkələrdən kifayət qədər yaxşı pul qazandıqlarını bildiriblər.
 

İslahat.az