06 Mart 2020
13:13
488

Məşhur qəssabdan 8 Marta özəl jest

Məşhur qəssab Nusret Gökçe sosial media hesabında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə jest edib.

İslahat.az xəbər verir ki, anası ilə birlikdə fotosunu paylaşan Nusret Gökçe xüsusi menyunu təqdim edərək, qadınları bazar günü öz restoranına dəvət edib: "Bu mənim anamdır. Əgər sən olmasaydın, mən də olmazdım. Etdiyin hər şey üçün sənə təşəkkür edirəm. 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd etmək üçün bütün qadınları günorta saat 12:00-dan 19:00-a qədər "Nusr-et Steak House”a dəvət edirəm. Sərinləşdirici içki, lokum və paxlava. Qadınlar Gününüz mübarək!”

İslahat.az