08 Sentyabr 2021
13:02
24471

Məşhur cütlüyün ayrılıq səbəbi bilindi: Evlənmək istəmədəyi üçün...

Türkiyəli aktyor Aras Bulut İynemli və aktrisa Bige Önal ayrılıq xəbəri ilə gündəmdən düşmür.
 
İslahat.az bildirir ki, bu dəfə 6 illik münasibətin sonlanma səbəbi açıqlanıb. Məlumata görə, ayrılıq tələbi Bige Önaldan gəlib. Belə ki, Önal evlənmək istəsə də, Aras Bulut bunun üçün hələ tez olduğunu deyib.  

Həmçinin qeyd edilib ki, cütlük tükənmişlik sindromu da yaşayıb. Evlilik təklifi gözləyən aktrisa istədiyini ala bilmədiyi üçün münasibəti sonlandırmaq qərarı alıb. Aras Bulut isə dərhal razılaşıb.
İslahat.az