29 Avqust 2019
16:21
600

Məscidin xalçalarını oğurlayan qadin tutuldu

Quba rayonunda məsciddən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

İslahat.az xəbər verir ki, rayon ərazisində yerləşən məscidlərin birindən xalçaların oğurlanması barədə Quba Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məscidə məxsus xalçalar Şabran rayon Günəşli kənd sakini Lalə Babayeva tərəfindən oğurlandığı müəyyən edilib.

Polis əməkdaşları tərəfindən saxlanılan L.Babayeva ilkin dindirilmə zamanı tutduğu əməli etiraf edərək, gecə saatlarında məsciddə heç kimin olmadığı vaxtda xalçaları oğurladığını bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.
 
İslahat.az