02 İyul 2019
10:41
801

Mənzillərə paketlər paylanacaq: tullantılara görə - FOTO

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır.

İslahat.az-ın məlumatına görə, quraşdırılankonteynerlər ikirəngdə - yaşıl və narıncı rəngdə olacaq.

Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılacaq. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə ikicür - yaşıl və narıncı çeşidləyici paketlər paylanacaq.

BŞİH bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkili ilə bağlı Böyük Britaniyanın tanınmış "Mott MacDonald” şirkəti ilə müqavilə bağlayıb.

İslahat.az