06 May 2019
13:04
796

Məktəbliləri aparan mikroavtobus aşdı: ölən və yaralılar var

Salyanda gəncləri idman yarışına aparan mikroavtobus qəzaya uğrayıb.

İslahat.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Vita” markalı avtomobil idarəetməni itirərək və yoldan çıxaraq aşıb. Hadisə nəticəsində gənc idmançılardan biri ölüb, altı nəfər yaralanıb. Yaralılar Salyan rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş DYP tərəfinən  araşdırma aparılır.
 
İslahat.az