07 May 2019
17:09
2013

Məktəblərdə nanotexnologiya, süni intellekt tədris olunacaq

Ümumi təhsildə step yanaşmanın tədbiqi prioritet məsələdir.

İslahat.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov "Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbirində çıxışı zamanı deyib. 

"Bu yanaşma təbiət, texnologiya, mühəndislik və riyaziyyat fənlərinin tədrisinin ayrı-ayrılıqda yox, əlaqəli şəkildə öyrədilməsi, şagirdlərdə XXI əsr bacarıqlarının formalaşmasını nəzərdə tutur. Bu istiqamətdə növbəti tədris ilində məktəblərdə robototexnika, nanotexnologiya, süni intellekt, mexanika kimi sahələri əhatə edən məzmunun tətbiqi planlaşdırılır”, - deyə nazir qeyd edib.

Ceyhun Bayramov bildirib ki, 2003-2018-ci illərdə ölkədə 2200-dən çox məktəb binası tikilib, əsaslı təmir edilib:

"Nəticədə iki milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bu istiqamətdə tədbirlər bu il də davam etdiriləcək. Ölkədə qəzalı məktəblərin problemi həll ediləcək”.
 
İslahat.az