01 İyul 2019
17:19
808

Meksikada şəhər buzun altında qaldı — VİDEO

Meksikanın Qvadalaxar şəhərinə güclü dolu yağıb.

İslahat.az xəbər verir ki, şəhər bir metr buz örtüyü altında qalıb. Hazırda hərbçilər, fövqəladə hallar idarəsinin və bələdiyyə orqanlarının əməkdaşları şəhəri təmizləyirlər.

Yollar buzla tutulub, binalara ziyan dəyib. Nəqliyyatın hərəkəti dayandırılıb. Bir çox maşın buzun altında qalıb. Bəzi rayonlarda buzun qalınlığı 1 metrə çatır. Sinoptiklər bildirirlər ki, belə təbiət hadisəsi regionda bu günə qədər olmayıb.

İtkilər barədə məlumat yoxdur. Artıq şəhərin böyük bir hissəsi buzdan təmizlənib.

İslahat.az