02 İyul 2020
10:24
319

Mehriban Əliyeva bütün polis əməkdaşlarını təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə rəsmi "Instagram” səhifəsində paylaşım edib.

İslahat.az bildirir ki, paylaşımda deyilir: "Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”.
 
İslahat.az