15 Sentyabr 2021
14:30
20289

Mehriban Əliyeva Bilik Günü münasibətilə paylaşım etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında 15 sentyabr Bilik Günü münasibətilə paylaşım edib.

İslahat.az-ın  məlumatına görə, paylaşımda deyilir:

"Əziz məktəblilər və tələbələr!

Sizi Bilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qoy yeni tədris ili parlaq, yaddaqalan, səmərəli olsun və sizə çoxlu bilik, uğur və nailiyyətlər gətirsin! Sizin zəruri bilik və vərdişlər qazanmağınıza, istedad və qabiliyyətinizi inkişaf etdirməyinizə kömək göstərən bütün müəllimlərə təşəkkürümü bildirirəm! Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, tükənməz enerji, əzmkarlıq, gözəl əhval-ruhiyyə və əla qiymətlər arzulayıram!"
İslahat.az