24 May 2020
09:47
473

Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

İslahat.az xəbər verir ki, Mehriban Əliyevanın "Instagram" səhifəsində edilən paylaşımda deyilir:

"Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!”
 
İslahat.az