İslahat.az xəbər verir ki, Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlim öz işinə başlayıb.
Təlimin ilk günü "Yeni tədris ilində nəzərdə tutulan fəaliyyətlər”, "Tədrisdə məzmun yenilikləri”, "Yeni tədris ilinə hazırlıq”, "Təhsil nazirliyinin elektron xidmətləri”, "Portal.edu.az”, "STEAM layihəsi”, "Rəqəmsal bacarıqlar yeni tədris ilində”, "Müəllimlərin işə qəbulu müsabiqəsi” və "Bakı məktəblərinin yeni tədris ilinə hazırlığı” mövzularında təqdimatlar olacaq.
Təlim işini davam etdirir.
İslahat.az