08 Sentyabr 2021
15:59
21326

MDB Oyunları: Badminton millimiz gümüş medal qazana bilər

Yeniyetmə və gənc badmintonçularımız Rusiyanın Kazan şəhərində keçirilən MDB Oyunlarında növbəti görüşünü keçirib.

İslahat.az xəbər verir ki, komandamız qrup mərhələsinin IV turunda Rusiya yığmasına 0:5 hesabı ilə uduzub.

Hazırda turnir cədvəlində ikinci sırada qərarlaşan millimiz Bakı vaxtı ilə saat 16:00-da Qazaxıstanı yığması ilə üz-üzə gələcək. Badmintonçularımız bu görüşdə qalib gələcəyi təqdirdə komanda yarışında gümüş medallara sahib çıxacaq.

Sabah isə beş kateqoriya üzrə yarışlar start götürəcək. Şəxsi oğlan və qızlar, qoşa oğlan və qızlar və qarışıq-qoşa yarışlarında qaliblərin adına sentyabrın 11-də aydınlıq gələcək.

İslahat.az