10 Sentyabr 2021
11:00
25468

MDB Oyunları: Azərbaycan medal sıralamasında bir pillə irəlilədi - FOTO

Tatarıstanın paytaxtı Kazanda keçirilən MDB Oyunlarında Azərbaycan medal sıralamasında irəliləyib.

İslahat.az-ın xəbərinə görə, bu uğur dünənki nəticələrdən sonra qeydə alınıb. Belə ki, Azərbaycan millisi bir pillə irəliləyərək əvvəlki mövqeyinə – üçüncü sıraya qayıdıb. Buna cüdo millimizin dünən fərdi yarışlarda iki qızıl, bir gümüş və dörd bürünc medal qazanması səbəb olub.

Azərbaycan hazırda 13 qızıl, 10 gümüş və 23 bürünc medal qazanıb və əyara görə Qazaxıstanı qabaqlayıb. Rusiya (95-32-38) birinci, Özbəkistan (21-29-30) ikinci sıradadır.

Ölkəmiz medal sayında isə yenə beşinci sıradadır. 46 medal qazanan Azərbaycandan qabaqda Rusiya (165), Qazaxıstan (89), Özbəkistan (80) və Belarus (53) gedir.

Qeyd edək ki, sabah başa çatacaq ilk MDB Oyunlarında Tacikistan, Ermənistan və Moldova hələ də qızıl medal üzünə həsrətdir.