İslahat.az xəbər verir ki, Polşanın "Legiya” klubunda çıxış edən Azərbaycanlı futbolçu Mahir Emreli UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Lester”lə qarşılaşmada diqqət mərkəzinə düşüb.
Həmyerlimiz vurduğu və "Legiya”ya qələbə gətirən qolu ilə yanaşı, həmçinin oyunun sonunda çıxış edərkən geyindiyi köynəklə gündəmə gəlib. Belə ki, Mahirin qarşılaşma bitdikdən sonra mətbuata açıqlama verərkən geyindiyi köynəyin üzərində qarşılaşmanın hesabı yazılıb. Köynəyin üzərində eyni zamanda "Legiya”-"Lester” oyunun tarixi də əks olunub.
İslahat.az