12 Oktyabr 2021
11:08
21784

Mahir Emreli koronavirusa yoluxdu

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Belqrad şəhərində Serbiya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin oyunöncəsi COVID-19 testi pozitiv nəticələnib. 

İslahat.az xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb.

UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, Mahir Emreli Serbiya - Azərbaycan oyununda iştirak edə bilməyəcək.

Qeyd edək ki, Serbiya - Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə 22:45-də start götürəcək.

İslahat.az