01 Aprel 2022
11:50
21932

MAG-ın regional direktoru: “Qarabağda bərpa işlərinin gedişatı valehedicidir”

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası işlərinin gedişatı valehedicidir”.

İslahat.az xəbər verir ki, bunu Minalar üzrə Konsultasiya Qrupunun (Mines advisory group) regional direktoru Adam Komarovski bildirib.

Onun sözlərinə görə, bu gün Bakıda keçirilən "Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı konfrans Azərbaycandakı mina problem haqqında daha geniş təsəvvür əldə etmək üçün yaxşı imkandır.

"İşğaldan azad edilmiş ərazilərin bərpası işlərinin gedişatı məni valeh edib. ANAMA-nın işindən də valeh olmuşam”, - A.Komarovski vurğulayıb.

Onun sözlərinə görə, təmsil etdiyi təşkilat hazırda Horadizdə ANAMA-nın 20 supervayzeri və minatəmizləmə üzrə 2 beynəlxalq ekspert üçün təlim keçirir.

İslahat.az