18 Sentyabr 2019
16:13
816

Ülvi Mehdiyev : Ölkə başçısının müvafiq tapşırığına əsasən, gənclərin hərbi vətənpərvərlik mövzusunda layihələrə cəlb edilməsi davam edəcəkdir

"Builki düşərgələr Prezident İlham Əliyevin dəstəyi və könüllülərin müraciəti əsasında baş tutub. Artıq hər mövsümlə əlaqədar bu düşərgələr təşkil olunacaq”.

İslahat.az xəbər verir ki, bunu DSX və "ASAN Xidmət”in birgə təşkilatçılığı ilə  Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindəhəyata keçirilən  "Hərbiyyə – Xəzər” hərbi vətənpərvərlik düşərgəsi açılışında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib .

Ü. Mehdiyev qeyd edib ki, könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçirilib. O layihələrdən biri də "Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin təşkil olunmasıdır: "Bugünkü artıq beşinci düşərgədir. Düşərgələrdən üçü bu il ərzində təşkil olunub. Bu düşərgə çərçivəsində gənclərimiz növbəti hərbi təlimlərə cəlb olunacaqdır.

Ölkə başçısının müvafiq tapşırığına əsasən, gənclərin hərbi vətənpərvərlik mövzusunda layihələrə cəlb edilməsi davam edəcəkdir.

Seçim mərhələsində 2000-dən çox gənc könüllülər müraciət edib. Bu il çərçivəsində keçirilən düşərgələrdə daha uyğun könüllülər seçilib və layihədə iştirak etmək hüququ əldə ediblər.

Bugün layihədə bütün könüllülərin iştirakı mümkünsüz olsa da, növbəti layihələrdə planlı və şəkildə daha çox könüllülərin iştirakı təmin olunacaqdır.

Qeyd edək ki, sentyabrın 19-dək davam edəcək düşərgə ilk dəfə olaraq gəmilərdə və hərbi simulyasiya formatında həyata keçiriləcək. Layihə çərçivəsində iştirakçılar Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində "Tufan” tipli gəmilərdə təlimatlandırılmaqla yerləşdiriləcəklər. Həmçinin iştirakçılar dənizə çıxış, atış poliqonuna hərəkət, poliqonda yarışların keçirilməsi, rabitə danışıqları üzrə məlumatın kodlaşdırılması və deşifrə edilməsi, dəniz düyünlərinin bağlanması, "Valiant” tipli qayıqlarla müəyyən məsafədə estafetin keçirilməsi, simulyator vasitəsi ilə artilleriya atışının, 23-mm-lik "TAYFUN” silahından atışın icra edilməsi və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. 

 İslahat.az