08 Oktyabr 2019
12:52
1373

Ülvi Mehdiyev : Bu çox unikal layihədir

Bugün ASAN Xidmət və Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənclər üçün növbəti layihə həyata keçirilir. Bu çox unikal layihədir. Layihə çərçivəsində 1000-ə yaxın gənc müraciət edib. Onlar müxtəlif mərhələlərdən keçərək, 30 gənc yekun mərhələyə seçilib və "Gənc Liderlərin İnkişafı Konsepsiyası” proqramında iştirak haqqı qazanıblar. Cənab Prezidentin gənclər siyasətin çərçivəsində, bu proqram da, gənclərin inkişafı istiqamətində vacib layihələrdən biridir.ASAN xidmət gəncləri özündə birləşdirir və 22 min gənc müxtəlif proqramlar çərçivəsində təcrübə keçiblər

İslahat.az-ın məlumatına görə, bunu "GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) Proqramının açılış mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Layihənin üstünlükləri nədir? İştirakçılar hansı xüsusiyyətə görə seçilib?

Gənclər əvvəl test, daha sonra müsahibə mərhələsindən keçiblər və layihəyə seçilən gənclərlə təlimlər və görüşlər keçiriləcək, onlar müxtəlif dövlət qurumlarımda təcrübə keçəcəkdir və bu gələcəkdə onların iş fəaliyyətində də özünü göstərəcəkdir.

5 ölkə Asan xidmət modelinə keçəcək, bununla bağlı fikirləriniz?

Bir müddət öncə Özbəkistanla növbəti saziş imzalandı və artıq 12-ci ölkə ilə əməkdaşlığa başlanacaq. Hazırda Tacikistan və Qırğızıstan Asan Xidmət moldeli ilə müraciət edib.

Əvvəlki müsahibənizdə, əcnəbi ölkələrdə olan həmyerlilərimiz üçün də Asan xidmət mərkəzlərinin fəaliyyət göstərəcəyi haqda bildirmişdiz, bununla bağlı nə deyə bilərsiniz?
Bəli, bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq qurulur, ilkin olaraq müəyyən edilən ölkələrdə layihənin icrasına başlanacaq və zamanla bir çox ölkələrdə olan həmyerlilərimizi də əhatə edəcəkdir.

Yeni Asan xidmətlərin açılışı ilə bağlı hansı yeniliklər gözlənir?
Bu ilin sonuna qədər 5 yeni Asan xidmətin açılışı gözlənilir ki, bu mərkəzlər Şamaxı, Tovuz Kürdəmir, Ağcabədi və Balakən rayonlarında olacaq. Həmçinin ABAD-ın iki yeni fabriki fəaliyyətə başlayacaq ki, onlar Quba və Tovuz rayonlarında yerləşəcək. Əsas fəaliyyət istiqaməti həmin regionlarda olan ailələrə dəstək olmaqdır.

İslahat.az