14 Yanvar 2021
18:53
13717

"Loqos" Psixoloji və Nitq inkişafı mərkəzindən Azərbaycanda ilk - "Scamper metodikası" təlimi

"Loqos" Psixoloji və Nitq inkişafı mərkəzindən Azərbaycanda ilk - "Scamper metodikası"nın 2-ci təlimi baş tutacaq. 
 
İslahat.az mərkəzin təlim-tədris şöbəsinə istinadən xəbər verir ki, beynəlxalq "Scamper metodikası"nı öyrənərək uşaqların düşünmə və yaradıcılıq bacarıqlarının inkişaf etmısinə dəstək ola biləcəksiniz.

"Scamper metodikası"yaradıcı təfəkkürün inkişafında istifadə olunan asan, əyləncəli və beynəlxalq bir üsuldur.

Təlim müddətində iştirakçılara lazımi vəsaitlər və sonda SERTİFİKAT təqdim olunacaq.

Təlimçi: "Loqos"un İnklüziv təhsil üzrə baş pedaqoqu, Montessori təlimçisi Aysel Məsimovadır.

Siz də təlimə qatılın və sağlam gələcək üçün uşaqlara dəstək olun!
 
Tarix: 22 yanvar, saat 13:00.

Ətraflı məlumat və qeydiyyat üçün:
(+99455) 976 46 48

İslahat.az