26 Yanvar 2021
11:11
13136

"Loqos" Psixoloji və Nitq inkişafı mərkəzi mükafatlandırıb

Vətən müharibəsi və sonrakı dövrdə N saylı hərbi hissəyə göstərdiyi psixoloji və humanitar dəstəyə görə "Loqos" Psixoloji və Nitq inkişafı mərkəzinin rəhbərliyi və kollektivi fəxri fərmanla təltif olunub.

İslahat.az xəbər verir ki, bu barədə mərkəzin rəhbəri Təranə Paşayeva öz "Instagram" hesabında paylaşım edib. Paylaşımda deyilir:

"Xeyirxahlıq etmək, çətin günlərdə kimlərisə sevindirmək, yaxşılığa və parlaq gələcəyə inandırmaq bir insanlıq gücüdür!

"Loqos" ailəsi isə bu insanlıq gücünə sahibdir!

Bu çətin dönəmdə "Loqos"-un əsas amalı olan insanlara dəstək missiyasını öz üzərinə götürən əməkdaşlarımıza təşəkkür edir və onlarla qürur duyuruq!"
 

Səma Qurban
İslahat.az