02 Noyabr 2019
16:56
814

“Loqos”-da “Süd vəzi xərçəngi ilə mübarizə ayı”-nın son günündə seminar və konsultasiyalar həyata keçirildi

"Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Leyla Medical Center-in Konsultant Mammoloqu, İLCA (Beynəlxalq Laktasiya Məsləhətçilər Assosiasiyası) laktasiya üzrə məsləhətçisi, Dr. Şəhla İbrahimova "Süd vəzi xərçəngi ilə mübarizə ayı”-nın son günündə "Loqos”-un Azadlıq filialında ödənişsiz seminar və konsultasiyalar həyata keçirdi.

İslahat.az xəbər verir ki, konsultasiya zamanı xanımlar həm müayinədən, həm də həkim məsləhətlərindən yararlandılar.