18 Noyabr 2019
19:49
1078

Ölkəmizdə indiyə kimi olmayan ən böyük layihə baş tutacaq

"Azerbaijan Luxury” yeni layihəyə hazırlaşır. "Top Model Azerbaijan 2019” proyektinin direktoru və baş tutacaq yeni layihənin rəhbəri, aparıcı Novruz İsmayil (Məmmədov) layihə haqqında "Yeni Gundem” e məlumat verib.

Biz bu layihəmizdə Baku Fashion Festivalı və "Diamond Globe Awards” mükafatını birləşdirmişik. Baku Fashion Festivalı beynəlxalq layihədi. "Diamond Globe Awards” layihəsi isə bizim ilk dəfə yaratdığımız milli brendimizdi və öz prodakşınımız adından həyata keçiririk. Azərbaycan Luxy komandası layihəmizdə fəaliyyət göstərir. Layihədə dünyanın 10-dan çox ölkəsindən qonaqlarımız iştirak edəcək . Burda əsasən beynəxlaq festivala görə yox, məhz bizim yeni yaratdığımız milli brend olan "Diamond Globe Awards” layihəsinə görə şəhərimizə qonaq gəlirlər. Biz artıq ayın 21-dən etibarən onları hava limanında qarşılayacağıq. Layihə 3 gün davam edəcək və 22, 23, 24 noyabr tarixlərində Caspian oteldə baş tutacaq. Komandamızla birlikdə layihəyə çox yüksək səviyyədə hazırlaşırıq. Demək olar ki, ilk dəfə olaraq biz ölkəmizdə dəb sahəsində, moda sahəsində ən böyük layihə həyata keçiriləcək. Bunun üçün komandamızla birlikdə əlimizdən nə gəlir edəcəyik və indiyənə kimi ölkəmizdə olmayan bir şey var ki, biz bunu layihədə sınaqdan keçirəcəyik. Əl işləri olan hərkəsi layihəmizdə iştirak etmək üçün dəvət edirik. Əgər milli brend yaratmısınızsa biz hər zaman dəstək olmağa hazırıq. Layihənin ilk günü açılış xarakterlidi və eyni zamanda bu layihədə qonaqlarımızı gözəl şoular gözləyir. 22-si layihəyə dəstək olan şirkətlərin təqdimatı baş tutacaq. 23-ü sırf əyləncə xarakterlidir ki, əyləncə sektorundan olan və əylənməyi sevən insanlar var 23-nü seçir. 24-ü isə tam olaraq rəsmi xarakter daşıyır.

Biz düşündük ki, uğur qazanmış bütün sahələrin bizim Diamond-umuza ehtiyacı var. Əgər bizim Diamond-umuz kimdəsə yoxdursa o demək deyil ki, o uğur qazanmayıb, amma Diamond onu göstərir ki, o artıq uğur qazanıb. Hazırda layihəmizdə incəsənət sahəsindən, dəb sahəsindən, dövlət orqanlarından bir çox jurnalistlər, mətbuat katibləri 2019-cu ildə uğur qazanmış idmançılar, doktorlarımız, stilistlərimiz var. Qeyd edim ki, bir çox layihələrdən nümayəndə götürmüşük. Bir çox layihələrdə, mükafat verən şirkətlərə və qurumlara hədsiz üstünlük verirlər . Biz isə bu layihəmizdə sırf stilistlərə, make up ustalarına üstünlük vermişik.

Tədbirdə geyim tərzi necə olacaq?

İlk dəfə olaraq səhnədə bu böyüklükdə podium olacaq. Eni 4 metr, uzunluğu isə 60 metr olacaq podiumda ən azı 100 nəfəri görmək istəyirik. Hazırda 70-dən çox müraciət var və biz çalışırıq ki, sayı artıraq. Podiuma çıxan insanlar professional yox, müxtəlif sektorlardan olacaq. Onlar öz zövqlərini və geyimlərini göstərəcəklər. Əsas ən parlaq olmaq lazımdır. Ən parlaq olduğunuz halda ən çox işıq o adam saçacaq və diqqət mərkəzində olacaq. Bizim 10 modelimiz var. Onların hər biri professional modellərdir. Professional modellərimizin podiumdakı çıxışı tam ayrı bir yer daşıyır. Onlar səhnəyə sponsorlara və bizim tərəfdaşlarımıza məhsulların promosunu göstərmək üçün çıxacaqlar.

Bu festivalda göstəriləcək əsas şoulardan biri 100 nəfərin eyni anda podiumda dövrəsi olacaq. Bir nəfərin podium şousu onlar öz zövqünü, dəbini və rəngini göstərəcək.