11 Avqust 2021
12:45
21227

Ölkə üzrə pensiyaların tam ödənilmə vaxtı açıqlandı

Respublika üzrə avqust ayı üçün ödəniləcək bütün pensiyaların ödənmə vaxtı məlum olub.

İslahat.az xəbər verir ki, Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, avqustun 13-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq.

İslahat.az