04 Mart 2020
12:22
618

Limon qabığını atmayın

Başda "C” vitamini olmaqla sağlamlıq baxımından son dərəcə faydalı olan limonu çoxumuz suyunu sıxıb qabıqlarını atırıq. Amma araşdırmalar göstərir ki, bu yanlışdır. 

Limon qabığında olan polifenollar, vitaminlər, minerallar, lif, karotenoidlər və efir yağları bir çox xəstəliyə qarşı qoruyur. Amma kalsium səviyyəniz aşağıdırsa, böyrəklərinizdə daş varsa və ya daha əvvəl olubsa, aşağı təzyiqiniz və təzyiq dərmanı istifadə edirsinizsə, həkiminizlə məsləhətləşməlisiniz.

Mütəxəssislər çayınıza ya da rəndələyərək salata və şirniyyatlarınıza qata biləcəyiniz limon qabığında gizli olan 6 faydanın olduğunu qeyd edirlər.

İslahat.az həmin araşdırmanı təqdim edir:

Diş ətlərini gücləndirir

Limon qabığı "C” vitamini əskikliyinə bağlı olaraq qanayan diş əti xəstəliklərinin yaranmasının qarşısını alır.

Qaraciyərdə yağlanmanı azaldır

Limon qabığı tərkibindəki pektin, efir yağları və PMF (polimetoksillənmiş flavonlar) sayəsində xolestrol səviyyəsini, trigliserid səviyyəsini, qaraciyər yağlarını azaldır.

Bağırsaqları qoruyur

Limon qabığında olan diyet lifi, bağırsaq funksiyalarını və bağırsaq sağlamlığını qoruyur. Eyni zamanda limon qabığı qəbizliyin də qarşısını alır.

Hüceyrə zədələnməsinin qarşısını alır

İçərisindəki yüksək antioksidanlar sayəsində hüceyrələrə zərər verən sərbəst radikalları zərərsizləşdirmək qabiliyyətinə malikdir.

Xərçəng riskini azaldır

Limon qabığı tərkibindəki limonen və salvestrol, Q10 vasitəsilə xərçəng hüceyrələrinə qarşı mübarizə aparmağa kömək edir.

Avstraliyada aparılan bir araşdırma göstərir ki, limon qabığının ağız, boğaz və mədə xərçəngi riskini 40-50 faiz azaldır.

Damar sağlamlığını qoruyur

Limon, qabığında olan flavonoidlərdən biri olan hesperidin və naringin sayəsində damarı qoruyur, laxtalanma riskini azaldır.

İslahat.az