02 Sentyabr 2019
13:21
434

LERİK RAYON TƏHSİLİNDƏ ÖZƏL TƏYİNATLAR – TƏHSİL ŞEFİ ZÖHRAB SALAYEVİN QANUN TANIMAYAN QANUNLARI

Təhsildə yaradılan rüşvət və özbaşınalıqlar getdikcə böyüyür və çiçəklənir. Bu mexanizimi yaradanlarsa ya deputatın yada ki, yüksək çinli məmurun qohum, əqrabası olur. Elə neqativ halları və özbaşınalıqları Lerik rayon təhsilində kökləyən işbazlar kimi.

Sosial şəbəkədə Lerik ziyalılarından biri belə bir məlumat yayıb.

Bildirilib ki, dövlət büdcəsinə külli miqdarda vergi vəsaitlərini ödəməkdən yayınan, vergi müfəttişlərini döydürməklə gündəmə gələn deputat İqbal Məmmədova yaxınlığı ilə seçilən Zöhrab Salayev Təhsil Nazirinin əmrinə qarşı çıxaraq Lerik Rayon TŞ-in "daxili əmri” ilə direktor təyin etməklə və eləcə də vakant direktor vəzifəsini ilə bağlı Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinə bilərəkdən məlumat verməməklə məşğuldur.

Beləki, Lerik rayon Günəşli kənd orta məktəbinin direktoru Ağayev Qurban Müqəddim oğlu bir müddət öncə vəfat etmiş Livədilqə kənd orta məktəbinin sabiq direktoru İsayev Mirəziz Əmir oğlunun yerinə təyinat almış, Günəşli kənd orta məktəbinin direktor vəzifəsinin vakant olması ilə bağlı isə Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinə məlumat verilməmişdir. Salayevin bu özbaşına addımı Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun 03.mart 2017-ci il tarixli №126-li əmri ilə təsdiq olunmuş "Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi qaydalarına” tamamilə ziddir.

Yayılan məlumatda oda bildirilib ki, Livədilqə kənd orta məktəbində informatika fənni üzrə dərs saatları qeyri-qanuni olaraq cəbr müəlliminə verilir. Zöhrab Salayevin qeyd olunan qanunsuz əməllərini təsdiq edən ən mötəbər fakt isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin 2019-2020-ci illər üzrə dirketor vəzifəsinə işə qəbul müsabiqəsinə çıxarılan vakant yerlər üzrə Lerik rayonunun Günəşli və Livədilqə kənd orta məktəbinin adı göstərilməyib. Zöhrab Salayev isə qanunlara baş əyməyərək daxili əmrlə müəllim və direktor təyinatlarını asan şəkildə, heç kimdən çəkinməyərək həyata keçirib.

Onuda qeyd edək ki, Lerik RTŞ-nən müdiri Zöhrab Salayev növbəti dərs ilində müqavilə ilə məktəbdə işləyə biləcək müəllimlərlə bağlı ilginc məlumatlar var. İddiaya görə. Zöhrab Salayev müqavilə ilə işləmək istəyən müəllimlərə yeni qiymətlərin 1500 manatdan yuxarı olduğunuda adamı vasitəsi ilə bildirib.

Murad Rza Oğlu
Mövzu diqqətimizdədir
Qarşı tərəfidə dinləməyə hazırıq
 
İslahat.az