19 Noyabr 2021
17:19
21268

Lavrovdan üçtərəfli görüşlə bağlı AÇIQLAMA

Rusiya, Azərbaycan və Ermənistanın iştirakı ilə Qarabağ üzrə üçtərəfli görüş baş tutacaq, lakin bunun üçün tərəflərin konsensusa ehtiyacı var.

İslahat.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında açıqlayıb.

"Görüş üçün konsensus lazımdır ki, görüşə hazırlaşanların hamısı bununla razılaşsın. Əminəm ki, belə bir görüş baş tutacaq”, - deyə o vurğulayıb.

İslahat.az