"Dağlıq Qarabağla
bağlı üçtərəfli bəyanata yenidən baxılması cəhdləri qəbuledilməzdir”.
İslahat.az apa.az-a istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan Rusiyanın xarici
işlər naziri Sergey Lavrov keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya, Azərbaycan və
Ermənistan liderlərinin imzaladığı 10 noyabr tarixli üçtərəfli nizamlanmaya
dair bəyanatı şübhə alına almaq olmaz:: "Ermənistan rəhbərliyi ilə danışıqlarda
bu bəyanatın alternativsiz olduğu etiraf edildi. Qeyd olundu ki, Ermənistan
daxilində və xaricində bəyanatı şübhə altına qoymaq qəbuledilməzdir. Ermənistan
baş naziri və prezidenti bəyanatın icrasına tam sadiqliklərini bəyan etdilər.
Onlar bu bəyanatın ciddi problemləri həll etdiyini, insanların həyatını xilas
etdiyini bildirdilər”.
İslahat.az