26 Mart 2020
10:54
423

Körpə16 saat koronavirusdan ölən anasının cəsədi ilə tək qalıb

ABŞ-ın Virciniya ştatında körpə koronavirusa yoluxan anasının meyitinin yanında 16 saat qalıb.

İslahat.az WGXA telekanalına istinadən verdiyi məlumata görə, həkim işləyən 42 yaşlı qadının meyiti yaşadığı evdə aşkarlanıb. Tibbi ekspertiza müayinəsi onun koronavirusa yoluxduğunu müəyyənləşdirib.

Müstəntiqlər qadının meyitini öləndən 12 - 16 saat sonra aşkarlayıb və bu müddət ərzində körpəsi onun yanında olub.

İslahat.az