13 Yanvar 2020
12:41
958

Kraliça 93 yaşında yenidən sükan arxasına oturdu

Britaniya kraliçası II Yelizaveta 93 yaşında yenidən maşının sükanı arxasına oturub.

İslahat.az "Mirror”a istinadən xəbər verir ki, kraliça bu zaman qoruyucu kəmərdən isifadə etməyib.

Şəkillərdə II Yelizaveta bir qədər qəzəbli görünüb. Şərhçilərin fikrincə şahzadə Harrinin və Meqan Marklın kral ailəsindən ayrılması xəbəri kraliçaya pis təsir göstərib. Elə bu səbəbdən də o yenə sükan arxasına oturub.

Müsahibələrinin birində II Yelizaveta etiraf etmişdi ki, maşın sürmək onu sakitləşdirir.

İslahat.az