10 Noyabr 2021
12:05
20546

Koronavirusla bağlı pul mükafatı veriləcək: 15 min dollar

Çində koronavirus virusunun mənbəyini tapan şəxsə pul mükafatı veriləcək.

İslahat.az xəbər verir ki, bu barədə Heihe şəhərinin rəhbərliyi yeni qərar verib. Pandemiyanın mənbəyini və yayılma səbəbini ən qısa zamanda tapmaq üçün 100 min yuan - təxminən 15 min 500 dolların veriləcəyi açıqlanıb.

Səlahiyyətli şəxslər, həmçinin qaçaqmalçılıq, qeyri-qanuni ov və s. kimi fəaliyyətlər barədə məlumatların dərhal verilməsini, onlayn sifariş verənlərin isə daxil olan məhsulları sterilizasiya edib sınaq üçün göndərməsini tələb edib.

Qeyd edək ki, əksər ölkələr pandemiya qaydalarını yumşaltsa da, "Sıfır COVID-19” strategiyasını davam etdirən Çin bu kontekstdə sərhəd nəzarətlərini, qapanmaları və uzunmüddətli karantin tətbiqlərini davam etdirib. Buna baxmayaraq, ölkənin 40-a yaxın şəhərində virusa yoluxanların sayında artım müşahidə edilib. Digər tərəfdən, Çinin mərkəzində yerləşən Henan əyalətində pandemiya mənbəyinin məktəb olduğu müəyyən edildikdən sonra, uşaqların peyvəndlənmə prosesi sürətləndirilib. Rəsmi məlumatlara görə, 3-11 yaş qrupundakı uşaqlara 3,5 milyon dozadan artıq vaksin vurulub.

İslahat.az