24 İyul 2020
10:09
390

Ümumi 15 012 731 nəfər koronavirusa yoluxub

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 247 mindən çox artıb.

İslahat.az bildirir ki, "TASS"ın yaydığı məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 23-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 247 225 nəfər yeni koronavirusa yoluxub, 7 097 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 15 012 731, ölənlərin isə 619 150 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 7 948 513 yoluxma və 317 962 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 147 860, ölənlərin sayı isə 208 970 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 1 571 317 yoluxma və 37 203 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

İslahat.az