21 İyul 2020
10:29
344

Koronavirusa yoluxanların sayı 229 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 229 mindən çox artıb.

İslahat.az bildirir ki, "TASS"ın yaydığı məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 20-si saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 229 780 nəfər yeni koronavirusa yoluxub, 5 111 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 14 348 858, ölənlərin isə 603 691 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 7 584 675 yoluxma və 309 309 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 079 218, ölənlərin sayı isə 207 535 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 1 436 141 yoluxma və 34 388 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
 
İslahat.az