01 Noyabr 2021
12:03
20323

Koronavirus xəstəsi sağaldıqdan bir neçə gün sonra buna görə ölürmüş

Koronavirus xəstəsi sağaldıqdan bir neçə gün sonra buna görə ölürmüş

"COVİD xəstələri sağaldıqdan sonra nəzarətdə olmalıdır. Ani trombimboli ilə xəstəni itirə bilərik".

İslahat.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist İlhamə Abbasova deyib.

O bildirib ki, COVİD virusu başqa viruslara bənzəmir, bütün orqanları zədələyir:

"Müalicə müddətində xəstələrdə zatən laxtalanma problemi olur. Hər kəsdə olmur, ancaq olur. Məsəl üçün bəzi analizlər var ki, onlarda yüksəliş qeyd olunur. Biz buna nəzarət edirik, xəstəmiz sağalır, COVİD neqativ olduğundan, bütün göstəricilər normal göstərdiyindən xəstə ilə sağollaşırıq. Lakin bir həftə, 10 gün keçir, xəstə müraciət edir ki, "Doktor, özümü çox pis hiss edirəm. Halsızlıq var, təzyiq yüksəlməsi olur, başımda şiddətli ağrılar var". Çekap müayinə zamanı analizlərdə ortaya çıxır ki, xəstədə həm artel, həm venoz laxtalanma yüksəkdir. Bu zaman təbii ki, həkimin nəzarəti ilə dərman müalicəsi davam etdirilir.

Deməyim odur ki, xəstə "COVİD-dən sağaldım və artıq mən sağlamam deyə bir şey yoxdur. Koronavirus xəstələri xəstəxanadan evə buraxıldıqdan və yaxud müalicə aldıq, 20 gün, 1 ay keçdi an sonra bir də baxırsan ki, deyirlər filan xəstə COVİD idi, sağaldı, amma rəhmətə getdi. Onlar trombimolidən rəhmətə gedirlər.

COVİD virusu başqa viruslara bənzəmir. Bütün orqanları - beyindən tutmuş, mədə-bağırsaq, böyrək, ürək, ilk öncə sinir sistemini zədələyir. Yəni bu xəstəliklə zarafat etmək olmaz, hətta sağaldıqdan sonra. Xəstəliyi yüngül keçirən xəstələr sağaldıqdan sonra 3-6 ay həkim nəzarətində qalır. Orta ağır və ağır keçirən xəstələr sağaldıqdan sonra 1 il, ilyarım mütləq həkim nəzarətində olmalıdır".

İslahat.az