26 İyul 2020
12:39
205

Agentlik: Koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda yanlışlıq olub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus testinin nəticələri ilə bağlı son iki gündə SMS alan vətəndaşlara müraciət edib. 

İslahat.az-ın məlumatına görə, müraciətdə deyilir ki,  25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub. 

«Qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edirik ki, testin nəticəsini nəzərə almasınlar. 27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcəkdir. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik»-deyə Agentlik bildirir.
 
İslahat.az