15 Noyabr 2021
12:11
21739

KOBİA ilə MÜSAİD arasında memorandum imzalandı

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Türkiyənin Müstəqil Sənayeçi və İş adamları Dərnəyi (MÜSİAD) arasında birgə Yol Xəritəsinə dair memorandum imzalanıb.

İslahat.az xəbər verir ki, imzalanma mərasimi 25-ci Beynəlxalq Biznes Forum (İBF) çərçivəsində baş tutub.

Sənəd Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyənin Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin sədri Mahmut Asmalı tərəfindən imzalanıb.

İslahat.az