26 May 2022
15:55
18669

Könüllülər üçün “Layihələrin yazılması və idarə olunması” mövzusunda təlim keçirilib - FOTOLAR

Könüllülər üçün Ailə, Qadın və Uşaq Probelmləri üzrə Dövlət Komitəsində növbəti dövr üçün tədbirlər davam etdirilir.

Avropa İttifaqının inkişaf üzrə eksperti, Azərbaycan Dillər Universitetinin və Azərbaycan Texniki Universitetinin müəllimi Orxan Nəbiyev tərəfindən könüllülər üçün "Layihələrin yazılması və idarə olunması” mövzusunda təlim keçirilib.

İslahat.az xəbər verir ki, təlimin məqsədi səmərəli və faydalı layihənin idarə edilməsi və başa çatdırılması üçün lazımi bilik, bacarıq və üsullarla təmin edilməsi olub. İştirakçılar effektiv layihə idarəetmə təcrübələri və həmin təcrübələrlə əlaqədar proseslər haqqında məlumatlandırılıblar.

Təlim zamanı gənclərlə mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Dövlət Komitəsində könüllülük proqramı çərçivəsində görüşlər və təlimlər davam etdiriləcək.

İslahat.az