Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun koronavirus testinin cavabı bəlli olub.
İslahat.az bildirir ki, bu barədə aktyor "Twitter” hesabından paylaşım edib: "Yüksək hərarət və öskürək şikayəti ilə gəldiyim xəstəxanada müayinələr nəticəsində ağciyərimdəki kiçik bir hissədə sətəlcəm aşkar edildi. Bununla bağlı nəzarətə götürüldüm və müalicə edildim. Bu gün COVID-19 testinin nəticəsinin mənfi olduğunu öyrəndim”.
Tatlıtuğ sabah ediləcək son müayinələrdən sonra evdə müalicəsinə davam edib-etməyəcəyinin məlum olacağını bildirib və tibb işçilərinə təşəkkür edib.
İslahat.az